AZ

Quterreş Venesuelada baş verən gərginlikdən narahatdır

BMT Baş katibi Antonio Quterreş Venesuelada baş verən gərginlikdən və ABŞ-ın ölkədəki hərbi əməliyyatlarından dərin narahatlıq keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə Baş katibin sözçüsünün bəyanatında deyilir. Quterreş bu halın region üçün potensial narahatedici nəticələrə səbəb ola biləcəyini bildirib.

“Venesueladakı vəziyyətdən asılı olmayaraq, bu hadisələr təhlükəli bir presedent təşkil edir. Baş katib BMT Nizamnaməsi də daxil olmaqla, beynəlxalq hüquqa hamı tərəfindən tam hörmət edilməsinin vacibliyini vurğulamağa davam edir. O, beynəlxalq hüququn qaydalarına hörmət edilməməsindən dərin narahatdır”, - deyə bəyanatda qeyd olunur.

Baş katib bütün tərəfləri insan hüquqlarına və qanunun aliliyinə tam hörmətlə yanaşılan inklüziv dialoqa çağırıb.

Seçilən
40
21
ikisahil.az

10Mənbələr