"ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyat II Dünya müharibəsindən sonra qurulan dünya nizamının məhv olmasının daha bir sübutudur".
Bakıvaxtı.az xəbər verir ki, bu fikri Slovakiyanın Baş naziri Robert Fiko "Facebook"da yazıb.
Fiko qeyd edib: "Amerikanın Venesueladakı hərbi əməliyyatı II Dünya müharibəsindən sonra yaranan dünya nizamının məhv edilməsinin daha bir sübutudur. Beynəlxalq hüquq tətbiq olunmur, hərbi güc BMT Təhlükəsizlik Şurasının mandatı olmadan istifadə olunur və böyük və güclü olan hər kəs öz maraqlarına çatmaq üçün istədiyini edir".
Slovakiyanın Baş naziri qlobal nizamı pozacaq hərəkətləri qətiyyətlə rədd edib.
Fiko yazıb: "Avropa İttifaqının Venesuelaya edilən hücuma necə cavab verəcəyi məni çox maraqlandırır və çünki bu, qınanmağa layiqdir".