"2025-ci il dönüş nöqtəsi idi, 2026-cı il isə müharibə və sülh baxımından Avropa üçün həlledici olacaq".
Redaktor.az xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban M1 televiziyasına verdiyi müsahibədə bildirib.
"2025-ci il dönüş nöqtəsi olub, çünki beynəlxalq siyasətdəki karyeram ərzində ilk dəfə olaraq amerikalılar və avropalılar strateji əhəmiyyətli bir məsələdə əks mövqe tutublar. 2026-cı il isə hərbi qərarın verildiyi il olacaq", - baş nazir bəyan edib.
O, qeyd edib ki, ABŞ və Rusiya Aİ-nin iştirakı olmadan razılığa gələ bilərlər. Orban Macarıstanın Qərb və Rusiya arasında normal münasibətlərin bərpasında maraqlı olduğunu vurğulayıb.
Baş nazir, həmçinin ölkəsinin nə Avropa İttifaqı, nə də NATO-dan çıxmaq niyyətində olmadığını bildirib.