AZ

“Selta Viqo” La Liqanın 18-ci turunda “Valensiya”nı darmadağın edib

İspaniya çempionatının 18-ci turunda “Selta Viqo” doğma meydançada “Valensiya”nı 4:1 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, 33-cü dəqiqədə Borxa İqlesias penaltidən dəqiq zərbə endirərək ev sahiblərini irəli çıxarıb, 59-cu dəqiqədə isə İqlesias fərqi artırıb. Qonaqlardan Pepelu 70-ci dəqiqədə qollardan birinin əvəzini çıxıb. 83-cü dəqiqədə Yunas El Abdellaoui “Selta”nın üçüncü qolunu vurub, artırılmış vaxtda isə Uqo Alvares yekun hesabı müəyyən edib.

“Selta Viqo” La Liqa turnir cədvəlində 26 xalla yeddinci yerdədir. “Valensiya” (16 xal) isə 17-ci yerdədir.

İdman.Biz
Seçilən
128
5
idman.biz

10Mənbələr