Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İtaliyanın “Napoli” klubu A Seriyasının 18-ci turunda səfərdə “Latsio” üzərində inamlı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Roma şəhərindəki “Olimpiko” stadionunda keçirilən qarşılaşma Neapol təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesab oyunun 13-cü dəqiqəsində qonaqların müdafiəçisi Leonardo Spinatsolanın qolu ilə açılıb. 32-ci dəqiqədə isə Amir Rrahmani fərqi iki topa çatdırıb.
Matçın gedişində sərt mübarizə və qırmızı vərəqələr də olub. 81-ci dəqiqədə “Latsio”nun hücumçusu Teyanni Noslin birbaşa qırmızı vərəqə alıb. 88-ci dəqiqədə isə Roma klubunun müdafiəçisi Adam Maruşiç və “Napoli”nin futbolçusu Paskuale Matsokki meydandan qovulub.
Bu nəticədən sonra “Latsio” 18 turdan sonra 24 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. 17 oyunda 37 xal toplayan “Napoli” isə ikinci pilləyə yüksəlib. Çempionata 17 oyundan sonra 38 xalı olan “Milan” liderlik edir.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.