Astarada mikroavtobusun aşması nəticədində iki nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, qəzada 5 nəfərin xəsarət aldığı bildirilir.
***
17.50
Astarada yol qəzası baş verib.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Təngərud kəndi ərazisində qeydə alınıb.
Astara-Lənkəran xətti ilə hərəkətdə olan "Mercedes Sprinter" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Mikroavtobus daha sonra aşıb.
Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Elektrik dirəyi aşdığına görə, xətlər qırılıb, ətraf ərazilərə enerji verilişində fasilə yaranıb.