AZ

Astarada mikroavtobusla toya gedənlər qəzaya düşdü – Ölənlər və xəsarət alanlar var

Astarada yol qəzası baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Təngərud kəndi ərazisində qeydə alınıb.

Astara-Lənkəran xətti ilə hərəkətdə olan “Mercedes Sprinter” markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Mikroavtobus daha sonra aşıb.

Qəza nəticəsində  1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova həyatını itirib, 5 nəfər xəsarət alıb.

Məlumata görə, onlar toya gedirmiş.

Elektrik dirəyi aşdığına görə, xətlər qırılıb, ətraf ərazilərə enerji verilişində fasilə yaranıb.

Seçilən
86
8
heftelik.az

10Mənbələr