Braziliya prezidenti Luis İnasio Lula da Silva ABŞ-nin Venesuelaya hücumlarını tənqid edib.
Bakıvaxtı.az xəbər verir ki, Silva hücumları "qırmızı xəttin" keçildiyi və beynəlxalq birlik üçün təhlükəli bir presedent adlandırıb.
Lula "X"də yazıb: "Venesuela torpağında baş verən partlayışlar və prezidentin saxlanılması qəbuledilməz bir haldır. Bu hərəkətlər Venesuelanın suverenliyinə ciddi təhqir və bütün beynəlxalq ictimaiyyət üçün son dərəcə təhlükəli presedent təşkil edir".
Aynur Babazadə