AZ

Dünya bazarlarında neft cüzi ucuzlaşıb

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dünya əmtəə bazarlarında neft qiymətləri cüzi azalıb.

Gununsesi.info xəbər verir ki, dünya neft bazarında qiymətlər üzrə zəif eniş müşahidə olunub. Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı xam neftin fevral fyuçerslərinin qiyməti 0,17% azalaraq 57,32 ABŞ dolları/barel səviyyəsində formalaşıb.

Londonun ICE birjasında Brent markalı xam neftin mart fyuçersləri isə 0,16% ucuzlaşaraq 60,75 ABŞ dolları/barel olub.

Qeyd edək ki, neft bazarında müşahidə olunan bu dinamika qlobal iqtisadi artımla bağlı ehtiyatlı gözləntilər, ABŞ-da kommersiya neft ehtiyatlarının yüksək səviyyədə qalacağına dair proqnozlar, eləcə də əsas istehsalçı ölkələrdən tədarükün yaxın dövrdə məhdudlaşdırılacağına dair yeni siqnalların olmaması fonunda formalaşıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
130
9
icma.az

10Mənbələr