AZ

Kəlbəcərdə kommunal xidmətlərlə bağlı yayılan məlumatlar əsassızdır

Bakı. Trend:

Son günlər sosial şəbəkələrdə Kəlbəcər rayonunda elektrikenerjisinin kəsildiyi, şəhərin istilik və su təchizatından məhrumolduğu ilə bağlı müxtəlif iddialar yayılıb. Paylaşımlarda xüsusiləqış mövsümünün sərt keçdiyi bir dövrdə sakinlərin çətin vəziyyətdəqaldığı, evlərin soyuq olduğu və əsas kommunal xidmətlərinfəaliyyət göstərmədiyi iddia olunub.

Trend-in əldəetdiyi məlumata görə, hazırda Kəlbəcər rayonunda elektrikenerjisinin verilişində, eləcə də istilik və su təchizatı ilə bağlıhər hansı ciddi problem mövcud deyil. Müvafiq qurumlar tərəfindənkommunal xidmətlər normal rejimdə fəaliyyət göstərir və əhaliningündəlik tələbatı tam şəkildə təmin olunur.

Belə ki, sosial şəbəkələrdə yayılan bu cür məlumatlar ümumilikdəreallığı əks etdirmir və əsassızdır. Bölgədə vəziyyət tam nəzarətaltındadır və hər hansı texniki nasazlıq yarandığı halda aidiyyətirəsmi qurumlar tərəfindən operativ tədbirlər görülür.

Bundan başqa, Kəlbəcər rayonu ərazisində müşahidə olunanəlverişsiz hava şəraiti güclü külək, şaxta və çovğunlu tufansəbəbindən Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsində qısamüddətli fasilə yaranıb. Yanvarın 1-də hava şəraitinin kəskinpisləşməsi, güclü küləyin və şaxtanın təsiri nəticəsində İstisuelektrik xəttində baş vermiş qəza enerji təminatında qısamüddətlifasiləyə səbəb olub. Qəzanın aradan qaldırılması məqsədiləaidiyyəti dövlət qurumlarının əməkdaşları dərhal əraziyə səfərbərolunmuş, gecə saatlarında hava şəraitinin son dərəcə əlverişsizolmasına baxmayaraq, operativ tədbirlər görülüb. Həyata keçirilənişlər nəticəsində səhər saat 07:00-dək nasazlıq tam aradanqaldırılmış və Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsibərpa edilib.

Elektrik enerjisinin təminatında yaranmış qısa fasilə iləəlaqədar olaraq ərazidə yaşayan əhalinin digər kommunalxidmətlərində hər hansı ciddi problem qeydə alınmayıb. Əhali iləmütəmadi olaraq əlaqə saxlanılır, hava şəraiti və su təchizatı iləbağlı zəruri təlimatlar operativ şəkildə çatdırılır. Yalnız üçmənzilin istilik sistemini təmin edən kombi aparatlarının çölborularında donma halı müşahidə olunub. Operativ müdaxilənəticəsində həmin borularda donma halı heç bir texniki zədələnməbaş vermədən aradan qaldırılıb.

İstilik sistemində yüngül donma halları aşağıdakı iki mənzildəqeydə alınıb:

• giriş 134, mərtəbə 2, mənzil 1

•giriş 134, mərtəbə 1, mənzil 1

Qeyd edirik ki, baş vermiş hadisə nəticəsində ərazidə hər hansıciddi fəsad yaranmayıb. Kəlbəcər rayonunda Azərbaycan RespublikasıPrezidentinin Xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti tərəfindən rayon sakinləri elektrik,su, istilik və digər kommunal xidmətlərdən təhlükəsiz və düzgünistifadə qaydaları barədə mütəmadi olaraq məlumatlandırılır vəzəruri təlimatlar verilir.

Məqalədə:
Seçilən
130
3
az.trend.az

10Mənbələr