AZ

Kiyev “İsgəndər M”, “S 300” raketləri, PUA larla vuruldu İnfrastruktur dağılıb, ölən və yaralananlar var

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Yanvarın 5-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Kiyevin Obolon rayonunda yerləşən dördmərtəbəli özəl klinikanın binasına zərbə endirib.

“AzPolitika” bildirir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Polisin bildirdiyinə görə, hücum zamanı 1995-ci il təvəllüdlü, klinikada stasionar müalicə alan bir kişi həyatını itirib. Kiyev meri Vitali Kliçko isə hadisə nəticəsində daha dörd nəfərin xəsarət aldığını açıqlayıb. Onun sözlərinə görə, hücum anında tibb mərkəzinin stasionarında ümumilikdə 26 pasiyent olub, onlardan 16-sı şəhər xəstəxanalarına köçürülüb.

Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Nikolay Kalaşnik bildirib ki, hücumun nəticələri paytaxtla məhdudlaşmayıb. Onun sözlərinə görə, Fastov rayonunda yeddi fərdi ev və bir çoxmərtəbəli bina, qarajlar, iki avtomobil, həmçinin istehsal və anbar sahələri zərər görüb. Kalaşnik qeyd edib ki, yanğınların söndürülməsi zamanı evlərdən birində bir kişinin meyiti aşkarlanıb.

Bundan başqa, Rusiya hücumu nəticəsində Slavutıç şəhəri tamamilə işıqsız qalıb. Məlumata görə, şəhərdəki bütün kritik infrastruktur obyektləri ehtiyat enerji mənbələrinə keçirilib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, Rusiya ordusu Ukraynaya qarşı doqquz ədəd “İskəndər-M” tipli ballistik raket və S-300 zenit idarə olunan raketləri, eləcə də 165 pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib. Ukrayna hərbçiləri bildiriblər ki, hava hücumundan müdafiə qüvvələri ölkənin şimal, mərkəz və şərq bölgələrində 137 dronu zərərsizləşdirib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
23
azpolitika.info

10Mənbələr