AZ

İran Trampın bəyanatlarından sonra BMT-yə məktub ünvanlayıb

ABŞ prezidenti Donald Trampın açıqlamalarından sonra İran BMT-yə və təşkilatın Təhlükəsizlik Şurasına rəsmi məktub göndərərək, ABŞ tərəfindən mümkün hücum halında özünü müdafiə edəcəyini bəyan edib.

"Yeni Sabah" xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani Trampın bəyanatlarını “müdaxilə xarakterli və sabitliyi pozan” adlandırıb. O vurğulayıb ki, İran öz suverenliyini, ərazi bütövlüyünü və xalqını istənilən xarici müdaxilədən qorumaq hüququna malikdir.

İravani əlavə edib ki, gərginliyin artması və bu qanunsuz təhdidlərin mümkün nəticələrinə görə ABŞ tam məsuliyyət daşıyır.

Xatırladaq ki, İranda kütləvi etirazlar fonunda Donald Tramp ABŞ-nin etirazçılara kömək etməyə hazır olduğunu bildirib və İran hakimiyyətini etirazçılara qarşı zorakılıqdan çəkinməyə çağırıb.


İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
80
50
yenisabah.az

10Mənbələr