AZ

Xüsusi icra məmurlarına hansı haqlar ödəniləcək? – Yeni qanun

Bakı. Trend:

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni “Xüsusi icraməmurları haqqında” Qanun 2026-cı il 1 yanvar tarixindənqüvvəyə minib.

Trend-inməlumatına görə, Qanuna əsasən, xüsusi icra məmurunun haqqıstandart haqq və əlavə icra haqqından ibarətdir.

Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlıxərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyininödənilməsi üçün verilir.

Əlavə icra haqqı qarşılıqlı razılığa əsasən icranın tam və yaqismən təmin olunmasına görə ödənilir.

Xüsusi icra məmurunun haqlarına dair məlumatlar xüsusi lövhədəxüsusi icra məmurunun ofisində görünən yerdən asılmalı, ƏdliyyəNazirliyi və Xüsusi İcra Məmurlarının Palatasının rəsmi internetsəhifələrində yerləşdirilməlidir.

Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarlarıvə hədləri Nazirlər Kabineti tərəfindən müəyyən olunub.

Pul tələbinə dair icra sənədləri üzrə standart haqq tələbkarınxeyrinə tutulmalı olan məbləğlə eyni vaxtda borcludan tutulur.Borcludan tutulmuş vəsait standart haqqın və icra sənədi üzrətələbin tam ödənilməsinə kifayət etmədikdə ilk növbədə standarthaqqın ödənilməsinə yönəldilir. Pul tələbi olmayan icra sənədləriüzrə standart haqq icra sənədi tam icra olunduqdan sonra borcludantutulur. Birgə borclular standart haqqın ödənilməsi üçün müştərəkməsuliyyət daşıyırlar.

Xüsusi icra məmuru icra icraatına başlamaq haqqında qərarla eynivaxtda standart haqqın tutulması barədə qərar çıxarır və onu 3 (üç)iş günü müddətində tərəflərə göndərir. Həmin qərarda xüsusi icraməmuru standart haqqın məbləğini qeyd edir. Standart haqqıntutulması barədə xüsusi icra məmurunun qərarı icra sənədi hesabolunur.

Standart haqq borclu tərəfindən ödənilməzsə, xüsusi icra məmurustandart haqqın tutulması barədə qərarını həmin icraat çərçivəsindəməcburi icraya yönəldir. Xüsusi icra məmurunun fəaliyyətinə xitamverildiyi hallar istisna olmaqla, bu qərarın icrası həmin xüsusiicra məmuru tərəfindən həyata keçirilir. Məcburi icra tədbirlərinəbaxmayaraq borcludan tutulması mümkün olmadıqda icra hərəkətlərininhəyata keçirilməsi ilə bağlı xərclər tələbkar tərəfindənödənilməlidir.

İcra sənədi könüllü icra müddəti bitənədək borclu tərəfindənicra olunarsa, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlıxərclər istisna olmaqla, borclu standart haqqı ödəməkdən azadedilir.

Zərurət olmadan çəkilmiş və əsaslandırılmamış xərclər xüsusiicra məmurunun standart haqqına daxil edilə bilməz. Belə xərclərxüsusi icra məmurunun özünə aid edilir. Standart haqqın tutulmasıbarədə qərardan tərəflər onu əldə etdikləri gündən 10 günmüddətində inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.Haqqın qanunsuz tutulması və ya artıq məbləğdə ödənilməsi məhkəmətərəfindən təsdiq edilərsə, xüsusi icra məmuru bu barədə məhkəməqərarı qanuni qüvvəyə mindiyi gündən 10 iş günü müddətində həminməbləği geri qaytarmalıdır.

Əlavə icra haqqının hesablanması meyarları və hədləri NazirlərKabineti tərəfindən müəyyən olunub.

Əlavə icra haqqının tələbkar tərəfindən ödənilməsi şərtləriicraata başlanmazdan əvvəl xüsusi icra məmuru ilə tələbkar arasındayazılı razılıqla müəyyən olunur. Əlavə icra haqqı icra icraatınınbütün müddəti ərzində ödənilə bilər.

Xüsusi icra məmuru tərəfindən standart haqqın və əlavə haqqınməbləğinin bu Qanuna uyğun olaraq müəyyən edilən hədlərdən artıqmüəyyən edilməsinə, əlavə icra haqqının borcludan tutulmasına yolverilmir.

Seçilən
106
8
az.trend.az

9Mənbələr