AZ

Fransa klubunun çalışdırıcısı "Çelsi"nin yeni baş məşqçisi ola bilər - Özü açıqladı

Entso Mareskanın istefasından sonra baş məşqçisiz qalan "Çelsi"nin yeni çalışdırıcısı böyük ölçüdə müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, vakant posta "Strasburq"un baş məşqçisi Liam Rosenyorun təyin olunacağı gözlənilir.

İngiltərə və Fransa klublarının sahibinin eyni - Amerika konsorsiumu "BlueCo" olması şayiələrə rəvac verib. Artıq ingilis mütəxəssis London klubuna mümkün təyinatı barədə xəbərə münasibət bildirib:

"Çoxlu fərziyyə var, amma məşqçi kimi, bu işə qarışsanız, uğursuzluğa düçar olacaqsınız. Mənim işim buradadır, mən bu klubu sevirəm. Xeyr, mən bu barədə oyunçularla danışmamışam, sadəcə onlarla bir neçə zarafatım olub. Amma biz işimizə diqqət yetiririk. Məqsəd burada böyük işlər görməyə davam etməkdir.

Bununla belə, həyatda heç nəyə zəmanət yoxdur. Sabah nə olacağını heç vaxt bilmək olmaz. Burada nə qədər qalacağıma söz vermək istəmirəm. Reallıq budur ki, bu gün mən "Strasburq"un məşqçisiyəm və öz vəzifəmə diqqət yetirirəm. Söhbətlər eyni şirkətin bir hissəsi olduğumuz üçün baş verir".

Seçilən
87
34
fanat.az

10Mənbələr