AZ

Rosenior “Çelsi”nin yeni baş məşqçisi olmağa yaxındır

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

İngiltərənin “Çelsi” klubu Liam Rosenioru komandanın yeni baş məşqçisi təyin etməyə hazırlaşır və tərəflər arasında razılaşmanın yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.

İdman.Biz xəbər verir ki, insayderlərin məlumatlarına görə, Rosenior artıq Londona gəlib və növbəti 24 saat ərzində klub rəhbərliyi ilə rəsmi müsahibə mərhələsi keçiriləcək.

Mütəxəssisin gələn həftə “Çelsi”nin yeni baş məşqçisi kimi təqdim olunacağı gözlənilir.

Eyni zamanda bildirilir ki, mütəxəssisin hazırkı klubu “Strasburq” Roseniorun gedişindən sonra mümkün əvəzedicilər üzərində işləyir və bu məsələnin tez bir zamanda həll olunması prioritet hesab edilir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
121
34
icma.az

10Mənbələr