AZ

"Sabah" Rahmonaliyevin transfer hüququnu əldə edəcək

"Sabah" klubu müqavilə ilə Rusiya təmsilçisi "Rubin"ə məxsus olan özbəkistanlı futbolçu Umarali Rahmonaliyevin transfer hüququnu əldə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi hazırda icarə əsasında Bakı klubunda çıxış edir.

U.Rahmonaliyev 2025-ci ildə "Sabah"da 36 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Qeyd edək ki, onun Kazan klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" Rahmonaliyevi 800 min avro dəyərində qiymətləndirir.

Seçilən
117
50
bakivaxti.az

10Mənbələr