AZ

Erməni xizəkçi beynəlxalq yarışda Azərbaycan yazısının üstünü bağladığına görə cərimələnib

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Erməni xizəkçisi Mikael Mikaelyan İtaliyada nüfuzlu "Tour de Ski" yarışlarında öz formasında "Azərbaycan" yazısının üstünü bağladığı üçün Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.

Oxu.Az "Expressen" nəşrinə istinadən xəbər verir ki, keçən ilin may ayında FIS Azərbaycanın Dövlət Turizm Agentliyi ilə 5 illik sponsorluq müqaviləsi imzalayıb. İndi bəzi yarışlarda xizəkçilərin geyimlərində titul sponsoru kimi ölkəmizin adı qeyd olunur.

Mikaelyanla bağlı hadisə İtaliyanın Toblax şəhərində "Tour de Ski"nin yarışlarından birində - Dünya Kubokunun bir hissəsi olan məşhur çoxgünlük xizək yarışında baş verib. O, "Azərbaycan" yazısını yapışqan lentlə örtüb və FIS tərəfindən cərimələnib.

Xizək kostyumlarında Azərbaycan adından əlavə, "Tour de Ski"də hər yerdə ölkəmizin adı yazılmış böyük reklam lövhələri də asılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
118
1
oxu.az

2Mənbələr