Erməni xizəkçi beynəlxalq yarışda "Azərbaycan" yazısının üstünü bağladığına görə CƏRİMƏLƏNİB
Ajans.az "Expressen" nəşrinə istinadən xəbər verir ki, keçən ilin may ayında FIS Azərbaycanın Dövlət Turizm Agentliyi ilə 5 illik sponsorluq müqaviləsi imzalayıb. İndi bəzi yarışlarda xizəkçilərin geyimlərində titul sponsoru kimi ölkəmizin adı qeyd olunur. Mikaelyanla bağlı hadisə İtaliyanın Toblax şəhərində "Tour de Ski"nin yarışlarından birində - Dünya Kubokunun bir hissəsi olan məşhur çoxgünlük xizək yarışında baş verib. O, "Azərbaycan" yazısını yapışqan lentlə örtüb və FIS tərəfindən cərimələnib. Xizək kostyumlarında Azərbaycan adından əlavə, "Tour de Ski"də hər yerdə ölkəmizin adı yazılmış böyük reklam lövhələri də asılıb. 