Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ağstafada yanmış meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə yanvarın 1-i Ceyrançöl adlandırılan ərazidə baş verib.
Qazax rayon sakini 62 yaşlı Nazim Nəsib oğlu Nəsibovun yanmış meyiti qeyd olunan ərazidə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.