Gədəbəydə fermada 66 yaşlı kişinin meyiti tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə yanvarın 4-də Novo Saratovka kəndində qeydə alınıb. Kənd sakini 1960-cı il təvəllüdlü Aleksandr Dmitriyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti çoban işlədiyi fermada tapılıb.
İlkin məlumata görə, 66 yaşlı kişi ürək tutmasında ölüb.
Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"