Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncəşəhəri, Faiq Bayramov küçəsində fərdi yaşayış evində yanğın başverməsi barədə məlumat daxil olub.
Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in DövlətYanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizəİdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlərsayəsində bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində başvermiş yanğın daha böyük sahəyə yayılmasına imkan verilmədənsöndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 90kv.m. olan evin yanarkonstruksiyaları, ümumi sahəsi 120kv.m. olan evin dam örtüyününyanar konstruksiyaları 40 kv.m sahədə və ümumi sahəsi 216kv.m. evindam örtüyünün yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.
Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizəolunub.