Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Faiq Bayramov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Xezerxeber.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 90 kvadratmetr olan evin yanar konstruksiyaları, ümumi sahəsi 120 kvadratmetr olan evin dam örtüyünün yanar konstruksiyaları 40 kvadratmetr sahədə və ümumi sahəsi 216 kvadratmetr evin dam örtüyünün yanar konstruksiyaları 40 kvadrat sahədə yanıb.
Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.