AZ

Nyu Yorkun yeni merinini həyat yoldaşı gündəm oldu FOTOLAR

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Nyu-York şəhərinin yeni seçilmiş meri, 34 yaşlı Zöhran Məmdaninin andiçmə mərasiminə qatılan həyat yoldaşı Rama Duvacinin geyindiyi 630 dollar dəyərində dəri çəkmələr sosial mediada geniş müzakirələrə səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, çoxsaylı sosial media istifadəçiləri bu dəbdəbəli və bahalı seçimin Zöhran Məmdaninin “hamı üçün bərabərlik və əlçatan qiymətlər” yönündəki çıxışları ilə uyğun gəlmədiyini bildiriblər.

Tənqidlərdə qeyd olunub ki, Zöhran Məmdani zənginlərə vergi artımı və kirayə siyasətləri kimi mövzularda çıxış etsə də, həyat yoldaşının bu seçimi onun mesajının inandırıcılığına zərbə vurur. Bəzi istifadəçilər isə bu mövzunu istehzalı şərhlərlə gündəmə gətiriblər.

Rama Duvacinin mərasimə qara rəngli bir geyimlə qatıldığı və Zöhran Məmdaninin and içdiyi Qurani-Kərimi daşıdığı da görüntülərdə diqqət çəkən detallardan biri olub.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
127
50
cebheinfo.az

10Mənbələr