AZ

Çin prezidenti Si Cinpin: Birtərəfli və məcburi hərəkətlər beynəlxalq nizamı pozur



Çin prezidenti Si Cinpin ABŞ-ın Venesueladakı hərbi əməliyyatı və prezident Nikolas Maduro ilə həyat yoldaşının saxlanılması ilə bağlı deyib: "Birtərəfli və məcburi hərəkətlər beynəlxalq nizamı pozur".
Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Prezident Si Cinpin ölkəyə səfər edən İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşündə məsələyə münasibət bildirib.
Dünyadakı qarışıqlığa işarə edən Si Cinpin dedi: "Birtərəfli və məcburi hərəkətlər beynəlxalq nizamı pozur. Bütün ölkələr digər ölkələrin xalqları tərəfindən seçilmiş inkişaf yoluna hörmət etməli, beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etməlidirlər. Xüsusilə böyük ölkələr bu məsələdə öncülük etməlidirlər".
İrlandiyanın Baş naziri Martin beynəlxalq mübahisələrin həllində beynəlxalq hüquqa riayət etməyin vacibliyini vurğulayaraq, ölkəsinin Çinlə sıx əlaqə və koordinasiya çərçivəsində beynəlxalq hüququ müdafiə edəcəyini, azad və açıq ticarətə sadiq qalacağını və rifah və sabitliyi təşviq edəcəyini bildirib

aia.az
Tərcümə şöbəsi



Seçilən
123
50
aia.az

10Mənbələr