"Neftçi" Misir, Qazaxıstan və Çin təmsilçiləri ilə yoxlama oyunları keçirəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi yanvarın 4-dən 17-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışı keçəcək. 5-də ilk məşqə çıxacaq komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır. "Neftçi" yanvarın 9-da "Kayrat" (Qazaxıstan), 13-də "Piramids" (Misir), 16-da isə "Çenqdu Ronqçenq" (Çin) kollektivi ilə qarşılaşacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta