AZ

“Neftçi” “Kayrat”la qarşılaşacaq

Yazını böyüt
Yazını kiçilt

“Neftçi”nin qış hazırlıq planı müəyyənləşib.

Hafta.az xəbər verir ki, komanda yanvarın 4-dən 17-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təlim-məşq toplanışı keçəcək.

Ayın 5-də ilk məşqə çıxacaq “ağ-qaralar” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 9-da “Kayrat” (Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çendu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq.

Matçların başlanma saatı ilə bağlı məlumat daha sonra veriləcək.

Seçilən
135
32
hafta.az

10Mənbələr