AZ

Goranboyda minik avtomobili ağaca çırpılıb, biri azyaşlı olmaqla 2 nəfər ölüb, 2 nəfər yaralanıb - Yenilənib 

Ötən gün Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1-i kişi, 2-si qadın olmaqla xəsarət alan 3 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub...

Bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasının bildirilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

"Xəsarət alan şəxslərdən 2 qadına zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50 radələrində 2009-cu il təvəllüdlü azyaşlının ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Priora" markalı minik avtomobili idarəetmədən çıxıb.

Nəticədə minik avtomobili ağaca çırpılıb. Qəza nəticəsində Goranboy rayon, Kələk kənd sakini, 1986-cı il təvəllüdlü A. Hüseynov hadisə yerində ölüb. 2008-ci il təvəllüdlü S. Hüseynov, 1991-ci il təvəllüdlü L. Əliyeva və 2014-cü il təvəllüdlü Y. Hüseynova isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanaya yerləşdirilən 2008-ci il təvəllüdlü S. Hüseynovu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəza zamanı avtomobildə olan şəxslər bir ailənin üzvləri olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
18
3
poliqon.info

9Mənbələr