AZ

Goranboyda ağır qəza – Ölənlərdən biri uşaqdır

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Priora” markalı minik avtomobili idarəetmədən çıxıb.

Nəticədə avtomobil ağaca çırpılıb. Qəza nəticəsində Goranboy rayon, Kələk kənd sakini, 1986-cı il təvəllüdlü A. Hüseynov hadisə yerində ölüb. 2008-ci il təvəllüdlü S. Hüseynov, 1991-ci il təvəllüdlü L. Əliyeva və 2014-cü il təvəllüdlü Y. Hüseynova isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanaya yerləşdirilən 2008-ci il təvəllüdlü S. Hüseynovu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, avtomobildəki şəxslər bir ailənin üzvləri olub.

Faktla bağlı araşdırma aparılır.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının bildirilib ki, ötən gün Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1-i kişi, 2-si qadın olmaqla xəsarət alan 3 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Qeyd edilib ki, xəsarət alan şəxslərdən 2 qadına zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50 radələrində 2009-cu il təvəllüdlü azyaşlının ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

 

Seçilən
4
3
heftelik.az

9Mənbələr