AZ

İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Prezidenti Qi Parmölənə başsağlığı verib.

 

Senzor.az bildirir ki, başsağlığında deyilir:

 

"Hörmətli cənab Prezident.

 

Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

 

Qeyd edək ki, İsveçrənin Alp dağlarında yerləşən məşhur xizək kurortu Krans-Montanada 2026-cı il yanvarın 1-nə keçən gecə, saat 01:30 radələrində “Le Constellation” adlı ikimərtəbəli barda partlayış baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həyatını itirib, azı 115 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Seçilən
18
49
senzor.az

10Mənbələr