AZ

İlham Əliyev isveçrəli həmkarına başsağlığı verdi

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə başsağlığı məktubu ünvanlayıb.

Hafta.az məktubun mətnini təqdim edir:

"Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Qeyd edək ki, dağ xizək kurortunda baş verən partlayışda azı 40 nəfər ölüb.

Seçilən
68
49
hafta.az

10Mənbələr