AZ

İranda polis bölməsinə hücum: Ölənlər var

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın qərbində yerləşən Loristan əyalətindəki polis bölməsinə edilən hücum nəticəsində 3 nəfər həyatını itirib, 17 nəfər isə yaralanıb.

"Cebheinfo.az" İranın “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla saat 18:00 radələrində Loristan əyalətinin Azna şəhərində keçirilən etiraz aksiyaları zamanı bir qrup şəxs polis bölməsinə hücum edib.

Silahlı şəxslərin polis bölməsinə daxil olması ilə qarşıdurma baş verib və nəticədə 3 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Digər tərəfdən, ölkə mediasında yayılan xəbərlərə əsasən, Elburz əyalətində bir emalatxanada partlayıcı maddələr istehsal etdiyi müəyyən edilən "təlim keçmiş və təşkilatlanmış" 14 nəfər saxlanılıb.

İranda 28 dekabr tarixində milli valyutanın xarici valyutalara qarşı dəyər itirməsi və iqtisadi problemlər səbəbilə Tehranın Qapalı Bazarında ticarətçilərin başlatdığı etirazlar ölkənin bir çox şəhərinə yayılıb.

Etirazların başlamasından sonra hökumət sözçüsü Fatimə Muhəccirani 30 dekabrda Tehranda keçirdiyi mətbuat konfransında, "Etirazları, böhranları və çətinlikləri görürük, eşidirik və rəsmi olaraq tanıyırıq", - deyə bildirib.

Prezident Məsud Pezeşkian da xalqın narazılığını qəbul etdiklərini bildirərək, mövcud iqtisadi problemlərə görə hökumətin məsuliyyət daşıdığını və rəsmilərə ABŞ kimi xarici qüvvələri günahlandırmamağa çağırış edib. Məsud Pezeşkian xalqı sakitləşdirəcək addımlar atmaq üçün çalışdıqlarını qeyd edib.

Loristan əyalətinin Kuhdəşt rayonunda 31 dekabrda keçirilən etirazlar zamanı 21 yaşlı bir Bəsic üzvü həyatını itirib, 13 polis əməkdaşı isə yaralanıb.

1 yanvar tarixində Çaharmahal və Bəxtiyari əyalətinin Lordigan rayonundakı etirazlarda da 2 nəfərin öldüyü bildirilib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
162
50
cebheinfo.az

10Mənbələr