AZ

İranda etirazlarla bağlı polis sərt bəyanat yayıb

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

İranın Milli Polis Komandanlığı (FARAJA) ölkənin bəzi bölgələrində baş verən etiraz aksiyaları ilə bağlı rəsmi bəyanat yayıb.

Yeniavaz.com “Sepah Pasdaran” kanalına istinadən xəbər verir ki, bəyanatda etirazların bir qisminin dinc xarakterini itirərək mütəşəkkil və dağıdıcı iğtişaşlara çevrildiyi bildirilir.

Polis strukturlarına – qərargahlara, bölmələrə və şöbələrə edilən hücumların qəbuledilməz olduğu vurğulanıb.

Kanal İran polis komandanlığının mövqeyindən sitat gətirərək bildirir: “Biz artıq yumşalma göstərməyəcəyik. Polisin yumşalma mövqeyi dinc etirazçılara yönəlmişdi, ictimai asayişi və təhlükəsizliyi pozmağa çalışan terrorçulara, təhlükəsizlik qaydalarını pozanlara, təxribatçılara və düşmən ünsürlərə deyil”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
50
yeniavaz.com

10Mənbələr