AZ

Qəbələdə "Ford" yandı

Qəbələdə avtomobil yanıb.

"Unikal" xəbər verir ki, yanğın hadisəsi Qəbələ rayonunun Nic qəsəbəsində baş verib.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və texnikaları cəlb olunub. Yanğın zamanı 1987-ci il təvəllüdlü Oğuz rayon sakini Elvin Əzizova məxsus "Ford" markalı avtomobilin yanar konstruksiyaları və salon hissəsi tamamilə yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Seymur Əli

Seçilən
63
25
unikal.az

10Mənbələr