Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.
Şəkidə 4 otaqlı fərdi yaşayış evi yanıb.Bakupost.az APA-ya istinadən xəbər verir ki, yanvarın 5-i gecə saat 02:00 radələrində rayonun Baş Göynük kəndində, kənd sakini Fazil Əhmədova məxsus, ümumi sahəsi 190 kv/m olan 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tam yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.Faktla bağlı araşdırma aparılır. Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.