ABŞ Prezidenti Donald Tramp başqalarının onun səhhətinə göstərdiyi yüksək diqqət səbəbindən əllərinə makiyaj çəkdiyini etiraf edib.
Redaktor.az xəbər verir ki, bu barədə o, "The Wall Street Journal" nəşrinə müsahibəsində deyib.
"Məndə elə bir makiyaj var ki, bilirsiniz, asanlıqla çəkilir, bu, təxminən 10 saniyə vaxt aparır", - deyə Tramp ovucunun arxa tərəfində tonal vasitələrdən istifadə etməsini şərh edərkən bildirib.
Xatırladaq ki, ABŞ lideri dəfələrlə biləyinin xarici hissəsindəki göyərməni tonal kremlə gizlədərək ictimaiyyət qarşısına çıxıb.