ABŞ Prezidenti Donald Tramp başqalarının onun səhhətinə göstərdiyi yüksək diqqət səbəbindən əllərinə makiyaj çəkdiyini etiraf edib.
Ölkə.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə o, "The Wall Street Journal" nəşrinə müsahibəsində deyib.
"Məndə elə bir makiyaj var ki, bilirsiniz, asanlıqla çəkilir, bu, təxminən 10 saniyə vaxt aparır", - deyə Tramp ovucunun arxa tərəfində tonal vasitələrdən istifadə etməsini şərh edərkən bildirib.
Xatırladaq ki, ABŞ lideri dəfələrlə biləyinin xarici hissəsindəki göyərməni tonal kremlə gizlədərək ictimaiyyət qarşısına çıxıb.