Bakı. Trend:
Astronomlar Süd Yolu qalaktikasının mərkəzində Saturn ölçüsündə“didərgin planet” aşkar ediblər.
Trend-inməlumatına görə, bu barədə “Science” jurnalında dərc olunan elmiməqalədə qeyd olunub.
Bildirilib ki, sözügedən səma cismi Yerdən təxminən 9,9 min işıqili məsafəsində, Oxatan bürcündə yerləşir. Kəşf göstərir ki, iriplanetlər nadir hallarda da olsa, onları formalaşdıran ulduzsistemlərindən kənara atıla bilirlər.
Kəşf Varşava Universiteti Rəsədxanasının direktoru AnceyUdalskinin rəhbərliyi altında fəaliyyət göstərən astronomlar qruputərəfindən “OGLE” layihəsi çərçivəsində edilib.
Alimlər yaxınlıqda yerləşən və birbaşa müşahidə olunmayanobyektlərin yaratdığı qravitasiya mikrolinzalanması effektləriniaraşdırıblar. Bu tədqiqatlar zamanı bir neçə son dərəcə sönük vəsoyuq səma cismi aşkarlanıb ki, onlara tez-tez “didərgin planetlər”deyilir.
Bu obyektlərin dəqiq mənşəyi və təbiəti hələ tam aydın deyil.Tədqiqatçıların bir qismi hesab edir ki, onlar mürəkkəb qravitasiyaqarşılıqlı təsirləri nəticəsində ulduz sistemlərindən kənaraatılmış iri planetlərdir. Digər alimlər isə bu cisimlərin əslindəçox soyuq və kiçik qəhvəyi cırtdanlar, yəni kütləsi az olan“uğursuz” ulduzlar ola biləcəyini istisna etmirlər.