BAKI, 5 yanvar. TELEQRAF
Astronomlar öz ulduzu olmayan və kosmosda tək gəzən nadir ekzoplanet kəşf ediblər.
Teleqraf xəbər verir ki, o, təxminən 10 000 işıq ili uzaqlıqdadır, Saturn ölçüsündədir.
Planet qravitasiya mikrolinzalanması vasitəsilə aşkar edilib. İlk dəfə olaraq təkcə obyektin mövcudluğunu görmək deyil, həm də onun məsafə və kütləsini dəqiq müəyyən etmək mümkün olub.
Tədqiqatçılar hesab edirlər ki, belə tənha planetlər qalaktikada ulduzlardan da çox ola bilər. Gələcəkdə yeni nəsil kosmik teleskoplar bu sirli planetlərin real sayını müəyyən etməyə kömək edəcək.