ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İtaliyada dekabrın 31-dən yanvarın 1-ə keçən gecə pirotexniki vasitələrin partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər isə yaralanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq statistikanı İtaliyanın Daxili İşlər Nazirliyi (DİN) təqdim edib.
Bildirilir ki, 2026-cı ildə bu cür partlayışlar nəticəsində 54 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ölüm hadisəsi isə Romada qeydə alınıb, paytaxtda 63 yaşlı kişi keyfiyyətsiz pirotexniki vasitənin partlaması nəticəsində həyatını itirib.
Yaralılar arasında 68 yetkinlik yaşına çatmayan şəxs var. DİN-in məlumatına görə, Yeni il gecəsi nizamsız atəş açmaq ənənəsinin olduğu Kazerta şəhərində 9 yaşlı uşaq əlindən güllə yarası alıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.