Bakı. Trend:
Finlandiya polisi Tallin və Helsinki arasında “Elisa” sualtıtelekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinən “Fitburg”gəmisinin heyətinin iki üzvünü həbs edib.
Trend bu barədə“Yle” telekanalına istinadən xəbər verir.
Məlumata görə, yük gəmisinin daha iki heyət üzvünün ölkədənçıxışına qadağa qoyulub.
Finlandiya Milli İstintaq Bürosunun komissarı Risto Lohibildirib ki, gəmidə araşdırmalar aparılıb və heyət üzvləridindirilib. Onun sözlərinə görə, hazırda vəziyyət və heyətinhadisədəki rolu qiymətləndirilir. Komissar heyətin istintaqlaəməkdaşlıq etdiyini və bunun işin gedişinə müsbət təsirgöstərdiyini qeyd edib.
Qeyd olunur ki, Sent-Vinsent və Qrenadin bayrağı altında üzəngəminin heyəti ümumilikdə 14 nəfərdən ibarətdir. Onlar Rusiya,Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşlarıdır. Gəmikapitanının vətəndaşlığı barədə məlumat açıqlanmayıb.