AZ

Finlandiyada saxlanılan azərbaycanlılarla bağlı qərar...

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Finlandiyanın Helsinki şəhər məhkəməsi sualtı telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinən Fitburq yük gəmisinin heyət üzvlərindən birinin həbsinə qərar verib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Finlandiya polisinin məlumatına görə, saxlanılan şəxs Ermənistan vətəndaşıdır.

Daha üç heyət üzvü barəsində isə ölkəni tərk etmə qadağası tətbiq edilib.

Bildirilir ki, Fitburq gəmisinin heyəti ümumilikdə 14 nəfərdən ibarətdir və onlar Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan da daxil olmaqla, müxtəlif ölkələri təmsil edirlər.

Qeyd edək ki, gəmi 31 dekabr tarixində Finlandiya polisi tərəfindən saxlanılıb. Buna səbəb Finlandiya körfəzi boyunca uzanan və Helsinki ilə Tallini birləşdirən Elisa sualtı telekommunikasiya kabelinə zərər vurulması ilə bağlı şübhələr olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
156
5
axar.az

10Mənbələr