AZ

Cəlilabaddakı bıçaqlanma ilə bağlı TƏFƏRRÜAT – VİDEO

Bayram günü gənclər arasında yaranan mübahisə faciə ilə nəticələnib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, əhalinin kütləvi şəkildə bayram gəzintisinə çıxdığı, insanların istirahət etdiyi məkanda — Cəlilabad rayonunun mərkəzində yerləşən Heydər Əliyev seyrəngahında qanlı hadisə baş verib.

Şahidlərin bildirdiyinə görə, gənclər arasında başlayan sözlü mübahisə qısa zamanda nəzarətdən çıxaraq bıçaqlanma ilə nəticələnib.
 

Hadisə zamanı Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü Əsgərli Məhəmməd Ruslan oğlu bıçaq xəsarətləri alıb. Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın növbətçi həkimi Elçin Əlizadənin sözlərinə görə, yaralıya dərhal tibbi yardım göstərilib.


“Bayram günü baş verən insidentlə bağlı xəstə təcili tibbi yardım şöbəsinə daxil olub. Ona dərhal ilkin tibbi yardım göstərilib və cərrahi əməliyyat aparılıb. Hazırda vəziyyəti stabildir.”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
83
1
bizim.media

2Mənbələr