AZ

Cəlilabaddakı bıçaqlanma ilə bağlı TƏFƏRRÜAT VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Bayram günü gənclər arasında yaranan mübahisə faciə ilə nəticələnib.

 

MÖVZU İLƏ BAĞLI: 

Cəlilabadda bıçaqlanma: Yeniyetmə yaralandı

Bizim.Media-nın əldə etdiyi məlumata görə, əhalinin kütləvi şəkildə bayram gəzintisinə çıxdığı, insanların istirahət etdiyi məkanda — Cəlilabad rayonunun mərkəzində yerləşən Heydər Əliyev seyrəngahında qanlı hadisə baş verib.Şahidlərin bildirdiyinə görə, gənclər arasında başlayan sözlü mübahisə qısa zamanda nəzarətdən çıxaraq bıçaqlanma ilə nəticələnib.Hadisə zamanı Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü Əsgərli Məhəmməd Ruslan oğlu bıçaq xəsarətləri alıb.Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın növbətçi həkimi Elçin Əlizadənin sözlərinə görə, yaralıya dərhal tibbi yardım göstərilib.

“Bayram günü baş verən insidentlə bağlı xəstə təcili tibbi yardım şöbəsinə daxil olub. Ona dərhal ilkin tibbi yardım göstərilib və cərrahi əməliyyat aparılıb. Hazırda vəziyyəti stabildir.”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.Faktla bağlı araşdırmalar davam etdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
50
bizim.media

10Mənbələr