Bakı. Trend:
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun məşhur müdafiəçisiJuan Kanselunun yanvar transfer pəncərəsində klubdan ayrılmaqehtimalı yüksəkdir.
Trend xəbər verirki, bu barədə tanınmış jurnalist və insayder Fabrizio Romanoməlumat yayıb.
Məlumata görə, "İnter" icarə şərtləri və mümkün müqavilə iləbağlı "Əl-Hilal"a müraciət edib. "Barselona" və "Yuventus" da son48 saat ərzində Kanselunun vəziyyəti ilə bağlı məlumat almaq üçünƏrəbistan təmsilçisi ilə əlaqə saxlayıb.
Qeyd olunur ki, 31 yaşlı futbolçu 2024-cü ilin yayından bəri"Əl-Hilal"da çıxış edir. Bu mövsüm klubda altı oyun keçirib, birqol vurub və iki məhsuldar ötürmə edib. Juanın hazırkı müqaviləsi2027-ci ilin iyun ayının sonuna qədərdir. O, karyerası ərzində"İnter", "Barselona", "Yuventus", "Bavariya", "Mançester Siti","Valensiya" və "Benfika" kimi tanınmış klublarda çıxış edib.