"Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo 2025-ci ili klub və millidə ümumilikdə 41 qolla başa vurub.
QOL.az xəbər verir ki, lakin, portuqaliyalı hücumçu 2009-cu ildən bəri ilk dəfə olaraq bir təqvim ilində het-trik edə bilməyib.
Ronaldo ötən gecə Səudiyyə Ərəbistanı Premyer Liqasının 12-ci turunda "Əl-İttifaq"la 2:2 hesablı heç-heçə ilə başa çatan oyunda fərqlənib. Bu qol 40 yaşlı hücumçunun peşəkar karyerasında 957-ci qol olub.
Ronaldo Pro Liqanın cari mövsümündə 11 oyunda 13 dəfə qapını dəqiq nişan alıb. Bu qollardan 3-ü penaltidən vurulub.