Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Portuqaliyalı futbolçu, hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayan Kriştiano Ronaldo 1000 qol həddini keçənə qədər karyerasını başa vurmayacaq.
Reyting.az xəbər verir ki, 40 yaşlı Ronaldo bu barədə Dubayda keçirilən mükafatlandırma mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məqsədi kuboklar qazanmaq və 1000-ci qola çatmaqdır: “Zədələnməsəm, mütləq bu rəqəmə çatacağam".
Ronaldo futbol oynamağa davam etmək üçün yüksək motivasiyasının olduğunu qeyd edib: "Yaxın Şərqdə və ya Avropada oynamağımın fərqi yoxdur, həmişə futbol oynamağı sevirəm və davam etmək istəyirəm".
Qeyd edək ki, 2022-ci ildə "Əl-Nəsr"ə keçən portuqaliyalı oyunçu şənbə günü "Əl-Əhdud" üzərində 3:0 hesablı qələbə qazandıqları oyunda iki qol vuraraq qollarının sayını 956-ya çatdırıb.
30 yaşından bəri 493 qol vuran Ronaldo, 64 il əvvəl "Arsenal", "Fulhem" və "Kristal Palas"da oynamış keçmiş ingilis futbolçu Ronni Rukun rekordunu qırıb.
V. QULİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.