AZ

Alonso rəhbərliyə tələb irəli sürdü

"Real Madrid"in baş məşqçisi Xabi Alonso və klub rəhbərliyi arasında fikir ayrılığı yaşanıb. Metbuat.az xəbər verir ki, Alonso mövsümün fasiləsində yeni transferlərin həyata keçirilməsini tələb edib. ESPN-də dərc edilən xəbərə görə, Alonso yarımmüdafiə xəttinin daha da gücləndirilməsini tələb edib. İddialara görə, klub rəhbərliyi tələbi rədd edib. Məlumata görə, rəhbərlik mövsümün fasiləsində yeni transferlər həyata keçirməyi nəzərdən keçirmir.

Bildirilir ki, “Real” nümayəndələri mövsümün əvvəlində transferlərə kifayət qədər vəsait xərcləndiyini hesab edir.

Seçilən
19
8
metbuat.az

9Mənbələr