"Qremmi" mükafatlı amerikalı müğənni Beyons "Forbes" jurnalının milyarder siyahısına düşən beşinci musiqiçi olub.
"Cebheinfo.az" xəbər verir ki, Beyonsun əsasən musiqi karyerası boyunca qurduğu şirkətlər və markalar vasitəsilə əldə etdiyi sərvəti 1 milyard dollara çatıb.
ABŞ-li reper olan həyat yoldaşı Cey-Z kimi milyarderlər siyahısına daxil edilən 44 yaşlı Beyons, bu siyahıya düşən beşinci musiqiçi olub.
Beyons və Cey-Z ilə yanaşı, Teylor Svift, Brüs Sprinqstin və Rihannanın da milyarder musiqiçilər arasında yer aldığı bildirilir.
Digər tərəfdən, 2024-cü ildən bəri ABŞ-li aktrisa və müğənni Selena Qomezin də “milyarder” olduğu barədə mediada xəbərlər yayılsa da, Forbes-un milyarderlər siyahısında onun adı yer almır.