AZ

Gələn il ərzaq məhsulları və dərman preparatlarında qiymət artımı...

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

“2026-cı ildə məhsulların qiymətlərinin ümumi inflasiya fonunda təxminən 5–6% bahalaşması gözlənilir. Bu, beynəlxalq maliyyə təşkilatlarının proqnozlarına əsaslanır”. Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.O bildirib ki, lakin reallıqda məhsulun yekun qiymətini formalaşdıran bir çox amil var:“Əsas faktorlar arasında xammal xərcləri, vergi və rüsumların tətbiqi, inzibati xərclərin artması durur. Yeni vergilər, məsələn gəlir vergisinin tətbiqi, həmçinin inzibati xərclərin artmasına səbəb olur və işəgötürənlərin gəlirlərinə təsir edir. Bu fon, maaş artımlarını da gündəmə gətirəcək. Yanacaq qiymətlərinin yüksəlməsi isə məhsulların daşınma, saxlanma və ambarlaşdırma xərclərinə təsir edəcək. Bəzi məhsulların qiymətində artım qaçılmazdır və bu, ümumi inflasiyanın formalaşmasına səbəb olacaq. Bahalaşma əsasən ərzaq mallarında və dərman preparatlarında daha çox hiss olunacaq. Orta statistik Azərbaycan vətəndaşı artıq bu xərclərin fonunda supermarketlərdə qiymətlərin aybaay dəyişdiyini müşahidə edir. İdxal olunan və hətta daxildə istehsal edilən məhsulların xammalları xaricdən gətirildiyi üçün, hər yeni partiyanın qiyməti əvvəlkindən daha yüksək olur. Bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
50
demokrat.az

10Mənbələr