ain.az, Oxu.az saytına istinadən bildirir.
ABŞ-nin Florida ştatında 1987-ci il buraxılışlı "Chevrolet Camaro" satışa çıxarılıb.
Oxu.Az "Carscoops" nəşrinə istinadən xəbər verir ki, elan yerli sosial şəbəkələrdə paylaşılıb.
Nadir IROC-Z modifikasiyasına aid olan bu kupe istehsal olunduğu vaxtdan cəmi 167 kilometr yol qət edib, çünki dilerdən alındıqdan dərhal sonra iqlimə nəzarət olunan qarajda saxlanılıb.
Bu "zaman kapsulu" üçün 92 500 dollar istənilir. Təyin olunan məbləğ inflyasiya nəzərə alınmaqla avtomobilin yeni olduğu dövrdəki qiymətindən təxminən iki dəfə artıqdır və hətta yeni "Corvette Stingray" modelinin qiymətini də üstələyir.
Bu nəsil "Camaro IROC-Z" üçün iki mühərrik variantı təklif olunurdu və satışa çıxarılan nümunə daha güclü versiya ilə təchiz edilib. 5.7 litr həcmli V8 mühərrik 230 at gücü hasil edir və dördpilləli avtomatik sürətlər qutusu ilə işləyir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.